Magistral kəmərdə qəza: Bakının bu rayonu susuz qaldı

Paytaxtın Yasamal rayonunda, “Beşmərtəbə” adlanan ərazidə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

ONN media xəbər verir ki, Azərsu ASC-dən verilən məlumata görə, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Qurumdan qeyd olunub ki, hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.