ONN İnformasiya Agentliyi

Xaçmazda 56 yaşlı kişi öldürüldü

Xaçmazda 56 yaşlı kişi öldürüldü
15 Sentyabr 2023 - 15:46

Xaçmazda naməlum kişi meyiti aşkarlanıb.

ONN media xəbər verir ki, DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png