ONN İnformasiya Agentliyi

“Neftçi” bu komandaya məğlub oldu

“Neftçi” bu komandaya məğlub oldu
16 Sentyabr 2023 - 20:45

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçiril

ONN media xəbər verir ki, “Neftçi”nin “Araz-Naxçıvan”la üz-üzə gəlib.

“Dalğa Arena”dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib – 1:0. 81-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Meydan sahiblərində Kadiri Mohammed 86-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran “Araz-Naxçıvan” 3-cü pilləyə yüksəlib. “Neftçi” isə hələlik 8 xalla 5-ci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Səbail” səfərdə “Kəpəz”i üç cavabsız qolla üstələyib. Turun açılış matçında “Zirə” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları sentyabrın 17-də baş tutacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png