Xədicə İsmayıl xərçəngdən əməliyyat olundu

Jurnalist Xədicə İsmayıl xərçəngdən əməliyyat olunub.

ONN media xəbər verir ki, bu barədə o özü açıqlama yayıb.

X.İsmayıl bildirib ki, bir neçə aydır görünməməsinin səbəbi səhhətində yaranan problemlərdir:

“Tiroid xərçəngindən əməliyyat olunmuşam. Hər şey yaxşı olacaq. Artıq işə çıxıram, amma efirdə deyiləm. Səs tellərimin durumu imkan vermir”.