2023-cü ilin kainat gözəli o seçildi

Salvadorda keçirilmiş 72-ci beynəlxalq “Kainat gözəli” müsabiqəsinin finalının qalibi nikaraqualı 23 yaşlı Şeynnis Alondra Palasios Kornexo olub.

ONN media xəbər verir ki, tədbir müsabiqənin Yutub kanalında yayımlanıb.

İkinci yerə isə Taylanddan olan 27 yaşlı Anntoniya Porsild layiq görülüb.

Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 2024-cü ildə Meksikada keçiriləcək.