Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) bu gün gözlənilən hava şəraiti ilə bağlı 15 vilayətdə narıncı, 16-da isə sarı təhlükə səviyyəsi elan edib.
ONN media xəbər verir ki, qurum vətəndaşlara sel, subasma, ildırım, torpaq sürüşməsi, dolu, leysan, ağac aşması və s. gözlənilməz hallara qarşı diqqətləri olmalarını tövsiyə edib.
Qeyd edək ki, Türkiyə ərazisində hazırda əlverişsiz hava şəraiti hökm sürür.