Qaz limiti ləğv olunur?
Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan limit keçilir, qaz və işıq üçün yüksək məbləğ ödənilir.
Bəs mövcud limit ləğv edilə və ya qiymətlər endirilə bilərmi?
ONN media xəbər verir ki, Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “Xəzər Xəbər”ə açıqlamasında limitin qiymətinin dəyişdirilməsi və ləğv olunmasının təmsil olunduğu qurumun səlahiyyətində olmadığını vurğulayıb.
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Fazil Mustafa da hesab edir ki, Azərbaycanda qazın limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır.
Millət vəkili bildirib ki, əhali baha olduğuna görə qaz yandıra bilmir, ona görə də müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar.
O qeyd edib ki, bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır. Bunun üzərində müzakilər aparılmalı, optimal həlli yolları tapılmalıdır.