Məşhur blogerin vəziyyəti ağırdır

İnfluenser Asya Aslanovanın (Asyafuad) səhhətində problem yaranıb. 

Bloqerin sedasiya üsulu (pasientin stomatoloji prosedurları rahat qəbul etməsi üçün anestezioloq tərəfindən tətbiq olunan yuxu halı) ilə diş çəkimi zamanı vəziyyəti ağırlaşıb. Məlumata görə, onun dişindən infeksiya keçib.

Asyanın reanimasiyaya yerləşdirildiyi deyilib. 

Məlumatı influenser Aysel Şükür təsdiqləyib. O, Asyanı ziyarət etmək üçün xəstəxanaya getdiklərini deyib.

Asya özü “Instagram”da videolar paylaşaraq ağıl dişini çəkdirəcəyini, amma qorxduğu üçün sedasiya üsulu edəcəklərini bildirib.