Bloger Asyanın son durumu necədir?

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın vəziyyəti pisləşib və o, süni-tənəffüs aparatına qoşulub.

ONN media xəbər verir ki, bu barədə bloger Ramal İsayev məlumat yayıb.

“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”, – o bildirib.

Xatırladaq ki, dekabrın 16-da bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeskiya keçib.