Güclü külək Gəncədə yenidən fəsad törətdi

Güclü külək Gəncədə doqquzmərtəbəli yaşayış binasının dam örtüyünü uçurub.

ONN media xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Nəticədə bir neçə avtomobilə ziyan dəyib.

Bundan başqa, şəhərin digər ərazilərində bir neçə ağac avtomobillərin üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.