“Belqradda müxalifətin etirazları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət yalnız seçkilər vasitəsilə dəyişir”.
ONN media xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.
Prezidentin çıxışından sonra “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları seçki komissiyası qarşısında nümayişə başlayıblar.
Onlar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətirib, hökumət əleyhinə şüarlar səsləndirib, administrasiyanın binasına daş atıb və ora basqın etməyə cəhd ediblər. Aksiyalar zamanı iki polis əməkdaşı yaralanıb.
Müxalifət tərəfdarları hakim partiyanın rəhbərlik etdiyi koalisiyanın şəhər məclisi seçkilərində qalib gəlməsinə etiraz edib.