İqtisad universitetinə yeni təyinat olub

Azərbaycan Dövlət İqtisad Universitetində kadr təyinatı olub.

ONN media xəbər verir ki, rektor Ədalət Muradovun əmri ilə Fariz Əhmədov universitetin elmi işlər üzrə prorektor vəzifəsinə təyin olunub.

F.Əhmədov bundan əvvəl ali təhsil müəssisəsinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru vəzifəsində çalışıb.