Məhkəmə Tramla bağlı məlumat verdi

Miçiqan Ali Məhkəməsi 14-cü düzəliş əsasında ABŞ-ın keçmiş prezidenti Donald Trampı 2024-cü il seçki bülletenindən kənarlaşdırmaqdan imtina edib.

ONN media xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.

Məlumata görə, düzəliş dövlətə qarşı üsyan və ya üsyanda iştirak edən keçmiş hökumət rəsmilərinin Nümayəndələr Palatasının və Senatın təsdiqi olmadan seçilməsini qadağan edir.

Qeyd olunur ki, Miçiqan ştatında məhkəmə iddiası sentyabrda bir qrup seçici adından “Free Speech For People” hüquq müdafiə təşkilatı tərəfindən qaldırılıb.