ONN İnformasiya Agentliyi

Güclü külək səbəbindən Bakıda 27 ağac aşdı

Güclü külək səbəbindən Bakıda 27 ağac aşdı
28 Dekabr 2023 - 11:48

Ölkə ərazisində güclü şimal-qərb küləyi müşahidə edilir. Küləkli hava şəraiti paytaxtın bir sıra ərazilərində fəsadlara səbəb olub. 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən  bildirilib ki, şəhərin müxtəlif ərazilərində 27 ağac aşıb:

“Gecə saatlarından bu dəqiqələrə qədər daxil olan məlumat əsasında, güclü külək səbəbindən 27 ağacın aşması faktı aşkarlanıb. Aşan ağacların yaratdığı fəsadlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb”.

Fotolardan da göründüyü kimi, ağacların aşması nəticəsində parklanmış nəqliyyat vasitələrinə maddi ziyan dəyib. 

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə qeyd edib ki, güclü hava şəraiti səbəbindən əhalinin elektrik enerjisi ilə təminatında hər hansı problem qeydə alınmayıb.  

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova mətbuata açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında küləyin maksimum sürəti saniyədə 29 metrə çatıb. Eləcə də Qobustanda küləyin maksimum sürəti 23, Balakən, Şəki, Altıağac, Naftalanda 20, əksər rayonlarda isə 19 m/s-yə çatacaq. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb. Gün ərzində yarımadanın bəzi yerlərində isə küləyin maksimum sürəti 33-38 m/s-yə çatacaq. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png