ONN İnformasiya Agentliyi

Sosial yardımlar niyə gecikir? – Açıqlama

Sosial yardımlar niyə gecikir? – Açıqlama
28 Dekabr 2023 - 12:52

Hər ay sosial ödənişlərin köçürülmə tarixi əvvəlcədən təyin olunmuş qrafik əsasında həyata keçirilir.

Bu sözləri ONN media-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili deyib.

“Həmin qrafik əsasında pensiya, müavinətlər və təqaüd yönümlü sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesabına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də gecikmə olmayıb. Belə ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə dekabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Yaxın 2 gündə də digər sosial ödənişlərin yekunlaşdırılması nəzərdə tutulur”, – Mehdili bildirib.

Qeyd edəki ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png