Malatyada zəlzələ oldu

Türkiyənin Malatya şəhərinin Yaşılyurd rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 17,3 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.