ONN İnformasiya Agentliyi

İrandakı səfirliyimiz nə vaxt bərpa oluna bilər?

İrandakı səfirliyimiz nə vaxt bərpa oluna bilər?
28 Dekabr 2023 - 16:38

İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu, hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı.

ONN media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur:

“Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq qərar qəbul ediləcək. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkündür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png