ONN İnformasiya Agentliyi

Yəhudilər və ermənilər arasında GƏRGİNLİK- SƏBƏB NƏDİR?

Yəhudilər və ermənilər arasında GƏRGİNLİK- SƏBƏB NƏDİR?
28 Dekabr 2023 - 21:33

Qüdsdə ermənilərə nifrət edən yəhudilərin növbəti aksiyası baş tutub.

ONN media xəbər verir ki, bu gün günorta saatlarında 30-a yaxın qara geyimli və maskalı qrup Qüdsün “İnək bağı” adlanan və ermənilərin özlərinə aid etdiyi məhəlləsində yerləşən ermənilərə hücum edib, onları daşa basıblar.

Erməni mediası yazır ki, erməni din xadimləri gənclərlə birgə hücuma qarşılıq veriblər və “əsl döyüş” baş verib.

Ənənəvi olaraq ermənilər iddia edib ki, cəmi 200 metrlikdə olan polis bölməsindən polislərin gəlməsi çox çəkib, təxminən 20 dəqiqə. Bu müddət ərzində ermənilər “öz məkanlarını qorumağı” bacarıblar.

Erməni patriarxlığı bir neçə keşiş də daxil olmaqla, ermənilərin yaralandığını iddia edib. Bildirib ki, bu, ötən gün İnək Bağı məhəlləsi ilə bağlı Qüds Məhkəməsində iddia qaldırmağımızın cavabıdır.

Erməni patriarxlığı fiziki mövcudluqlarının təhlükədə olduğunu bildirərək, kömək istəyib.

Hadisə yerinə gələn polis isə 8 yəhudi və 2 erməni gənci saxlayıb.

Qeyd edək ki, Qüdsdə yəhidilərin ermənilərə hücumu vaxtaşırı baş verir. Ermənilərin qədim məhəllədə məskunlaşması və özlərini “yerli” sayması yəhudiləri qıcıqlandırır. Ermənilərə yəhudilər arasında nifrət həm də buna görədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png