ONN İnformasiya Agentliyi

Rəsmi Bakının prezident seçkisi ilə bağlı dəvət göndərdiyi beynəlxalq təşkilatların adları məlum olub

Rəsmi Bakının prezident seçkisi ilə bağlı dəvət göndərdiyi beynəlxalq təşkilatların adları məlum olub
29 Dekabr 2023 - 11:42

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) prezident seçkisi ilə bağlı hansı beynəlxalq təşkilatlara dəvət göndərdiyi məlum olub.

Vurğulanıb ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.

Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png