ONN İnformasiya Agentliyi

DTX-yə yeni səlahiyyət verilir

DTX-yə yeni səlahiyyət verilir
30 Dekabr 2023 - 12:29

Bu gün Milli Məclisin iclasında “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

ONN media xəbər verir ki, sənədə əsasən, Azərbaycan terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizliyi Xidmətini təyin edir.

Bu Əlavə Protokolun müddəaları nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png