ONN İnformasiya Agentliyi

Laçında yeni mərkəzin açılışı oldu

Laçında yeni mərkəzin açılışı oldu
31 Dekabr 2023 - 17:25

Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin və “İslimi” Xalçaçılıq Mərkəzinin açılışı olub.

ONN media xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.

Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, “Gilabi Ceramics” Mərkəzidə bir vaxtlar Laçında hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətiriləcək, həm də sakinlər iş yerləri ilə təmin olunacaqlar.

“İslimi” Xalçaçılıq Mərkəzində isə Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçaları toxunacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png