ONN İnformasiya Agentliyi

Yeni il günü şaxta baba həyatını itirdi

Yeni il günü şaxta baba həyatını itirdi
31 Dekabr 2023 - 19:56

Oğuzda Yeni il şənliyində Şaxta baba qismində çıxış edən 74 yaşlı kişi ölüb.

Hadisə rayon ərazisində keçirilən Yeni il şənliklərindən birində baş verib.

Belə ki, Şaxta baba qismində çıxış edən Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı pisləşib. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 74 yaşlı Ş.İsmayılov əvvəllər mədəniyyət sahəsində çalışıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png