Manikurun psixi sağlamlığa təsiri necədir?

Yaponiyanın Saitama Qakuen Universitetinin alimləri manikürün qadınların psixi sağlamlığına müsbət təsir etdiyini müəyyən ediblər.

ONN media xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.

Komanda 20-30 yaş arası 500 yapon qadını arasında onlayn sorğu keçirib. Müəlliflər müəyyən ediblər ki, xanımların dırnaqlarına qulluğu dincəlməyə kömək edir, əhvalı və ümumi rifahı yaxşılaşdırır