Rusiyadan Ukraynaya yenidən raket hücumları olub
Rusiyanın Ukraynanın müxtəlif şəhərlərini kütləvi raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 127 nəfər yaralanıb.
Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) mətbuat şöbəsi “Telegram”da məlumat yayıb.
Xatırladaq ki, yanvarın 2-də Rusiya ordusu Ukraynaya 99 ədəd müxtəlif tipli raket atıb ki, onlardan cəmi 72-sini zərərsizləşdirmək mümkün olub. Raket zərbələrinin çoxu paytaxtın payına düşüb