Aygün Bəylərin dəfn olunacağı yer bəlli oldu

Əməkdar artist Aygün Hümbətova (Bəylər) Suraxanı qəbiristanlığında dəfn olunacaq.

ONN media xəbər verir ki, bu barədə Trend-ə mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Aygün Hümbətova dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.