“TOGG”un daha bir modeli nümayiş olundu

Türkiyənin elektromobil markası “TOGG”un “T10F Fastback” modeli Las-Veqasda keçirilən “Consumer Electronics Fair” (CES) 2024 sərgisində nümayiş olunub.

İstehsalçı şirkətin baş direktoru Gürcan Karakaşın açılış nitqindən sonra avtomobil tamaşaçılara təqdim olunub.

Mərasim “TOGG”un sosial media hesablarından canlı yayımlanıb.