Bakı-Ələt yolunda BÖYÜK TƏHLÜKƏ YARANIB

Bakı-Ələt yolunun üstündə yerləşən körpü təhlükəli vəziyyətdədir.

Körpünün ətrafında bəzi yerlərdə arakəsmələr yoxdur. Bu da sürücüləri narahat edir.

Sürücülər bildiriblər ki, həmin yolda tez-tez qəzalar baş verir.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, məsələdən xəbərləri var, əraziyə baxış keçiriləcək.