Aygün Kazımovanın səhifəsi oğurlandı

Xalq artisti Aygün Kazımovanın 1,4 milyonluq “Instagram” səhifəsi oğurlanıb. 

Xalq artistinin rejissoru İbrahim Zahidli Oxu.Az-a məlumatı təsdiqləyib.

Həmçinin, sənətçinin səhifəsindəki profil fotosu da dəyişdirilib.

Qeyd edək ki, bu günlərdə müğənni İradə İbrahimova, aparıclar Ranar Musayev, Ceyhun Əli və idmançı Pərviz Abdullayevin də səhifəsi oğurlanıb.