Pakistanın Hərbi Hava Qüvvələrinin İranda yerləşən terror yuvalarına hücumları dəqiq və təsirli olub.
Bunu Pakistan Prezidenti Arif Alvi deyib.
“Milli təhlükəsizliyimizin təmini üçün istənilən addımı atacağıq”, – Alvi bildirib.
Qeyd edək ki, bu gün Pakistan ordusu İran ərazisində terror yuvalarına zərbə endirib. İran rəsmilərinin məlumatına görə, İran vətəndaşı olmayan 9 nəfər ölüb.
16 yanvarda isə SEPAH Pakistan ərazisində “Ceyş ül-Ədl”ə zərbə endirmiş, nəticədə iki azyaşlı uşaq ölmüşdü. Olaya kəskin etiraz edən Pakistanın bugünkü zərbəsi buna cavab sayılır