Rusiyada böyük tikinti bazarı yanır

Rusiyanın Çelyabinsk vilayətində “Avropa-Asiya” böyük tikinti bazarı yanır.

ONN media xəbər verir ki, yanğın sahəsi 800 kvadratmetrdən çoxdur.

Hadisə yerində 8 yanğınsöndürən briqada işləyir.

Qeyd edək ki, tələfat barədə hələlik məlumat yoxdur.