İstanbulda silahlı atışma olub- YARALILAR VAR

İstanbulun Sultanqazi rayonunda motosikletdə olan şəxsin kütləyə atəş açması nəticəsində iki nəfər yaralanıb.

ONN media xəbər verir ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Polislər qaçan şübhəlilərin tapılması üçün əməliyyat başladıb.