Güləş üzrə ilk yerli yarış keçiriləcək

20 yaşadək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) ONN media-ya verilən məlumata görə, çempionat yanvarın 29-dan fevralın 1-dək təşkil olunacaq. Gənclər və İdman Nazirliyi ilə birgə keçiriləcək yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İyirmi yaşadək gənclərdən ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da start götürəcək.

29 yanvar

Sərbəst güləş: 57 kiloqram, 65 kiloqram, 74 kiloqram, 86 kiloqram, 97 kiloqram.

30 yanvar

Sərbəst güləş: 61 kiloqram, 70 kiloqram, 79 kiloqram, 92 kiloqram, 125 kiloqram.

31 yanvar

Yunan-Roma güləşi: 55 kiloqram, 63 kiloqram, 72 kiloqram, 82 kiloqram, 97 kiloqram.

1 fevral

Yunan-Roma güləşi: 60 kiloqram, 67 kiloqram, 70 kiloqram, 87 kiloqram, 13 kiloqram.