ONN İnformasiya Agentliyi

Rusiyada zavodda dəhşətli yanğın baş verib

Rusiyada zavodda dəhşətli yanğın baş verib
25 Yanvar 2024 - 12:43

Rusiyanın Krasnoyarsk diyarının Yemelyanov rayonunda aero-qayıq istehsal edən zavodda yanğın baş verib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 1725 kv.m ərazini əhatə edən yanğının söndürülməsinə 8 texnika və 27 yanğınsöndürən cəlb olunub.

Zavodun binasından 40 nəfər təxliyə olunub.

Xəsarət alanlar barədə məlumat verilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png