696 bal toplayan tələbə faciəvi şəkildə öldü

ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.

ONN media xəbər verir ki, onun gecə saatlarında dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü, ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.