“Whatsapp”la bağlı XƏBƏRDARLIQ

Hazırda vətəndaşların Vatsap hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir.

ONN media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

“Qeyd olunanları nəzərə alaraq, Vatsap hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 qaynar xətt ilə əlaqə saxlamağınızı və ya [email protected] e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik”, – məlumatda bildirilib.