Azərbaycanın cüdo tarixində bir İLK

Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatında hakimlik edəcək.

ONN media-nın məlumatına görə, Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün seçilib.

A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir.

Qeyd edək ki, Avropa çempionatı 25-28 aprel tarixlərində keçiriləcək.