Dənizin dərinliklərində yaşayan adamların sirri
Xəzər dənizində yaşayan canlılar qədim sivilizasiyaya aiddir, yoxsa yadplanetlilərdir?
2005-ci ildə Xəzər dəniz yolu ilə İrana yük daşıyan “Bakı” gəmisi sularda qeyri-adi bir varlıq görür. Gəmidə olanlar və kapitan qorxu içərisində qalır. İranın Ənzəli limanında sahilə çıxandan sonra yerli “Zindagi” qəzetinə gəminin kapitanı Qafar Həsənov müsahibə verir:
“Uzun müddət qəribə bir məxluq bizdən bir qədər aralıda paralel üzürdü. Əvvəlcə bunun böyük balıq olduğunu düşündük. Ancaq sonra gördük ki, canavarın başında tüklər aydın görünür və ön üzgəclər ümumiyyətlə üzgəc deyil, qollardır”.
Azərbaycan tərəfin bu açıqlamadan sonra kapitana qarşı münasibəti dəyişir. Hətta onu dəli sayıb, ünsiyyət qurmaq istəmirlər. Bəziləri isə düşünür ki, yəqin içib, keflənib və buna görə belə danışır.
Lakin bu barədə artıq 2002-ci ildə olmuş bir hadisə dövlətə məlum idi. 2002-ci ilin yayında azərbaycanlı iş adamı Rüstəm Kərimov yunan yoldaşları ilə birlikdə yaxtasında Xəzər dənizini gəzməyə çıxır.
Siqaret çəkmək üçün arxa tərəfə keçən dənizçi qayıqda oturan iki insan silueti görür. Dənizçi qayıqda kimin və hansı məqsədlə olduğunu öyrənməyə qərar verir. Qayıqda əyləşənləri işıqlandıran kimi onlar dərhal suya atılırlar. Dənizçilər işığı dənizə tutur hər yerə baxsalar da, “üzgüçüləri” aşkar edə bilmirlər. Növbətçi dənizçi sirenini işə salır. Gəmidəki hər kəs göyərtəyə tökülür. Qayığın dibində iki iri balığın hərəkət etdiyi su və bir yığın yosun görünür.
Azərbaycan tərəfi yenə bu hadisənin üstündən “dənizçi kefli idi” deyərək keçir.
1980-ci illərdən Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması və gəmiçilərə, balıqçılara görsənməsi barədə informasiya Sovet təhlükəsizlik xidmətinə daxil olurdu. Qurumda tam məxfi sənədlər toplusunda aşağıdakı şahid ifadələri yer almışdı:
1. Bir səhər qazma qurğusunda işləyən, növbədən sonra yataqxanaya qayıdan işçi çömbəlmiş bir insan fiquru görür. Oturan adamın paltarı yox idi və üzünü oturduğu elektrik lövhəsi gizlədirdi. Qəribə “adam”dan qorxan işçi estakadanın o biri tərəfinə keçir və ehtiyatla irəliləməyə başlayır. Təxminən 10 metr qalmış məxluq suya atılır. Yerüstü keçidin hündürlüyü təxminən 15 metrdir. Havada uçan “insan” suyun altında itir.
2. Gənc cütlük görüş üçün sahildə oturan zaman sudan üç çılpaq insan fiqurunun çıxıb onlara baxmasını təsdiq ediblər.
3. İranın şimalındakı Çalus şəhərindən Azərbaycanın Lənkəran şəhərinə qədər olan ərazidə yaşayan sakinlər dəfələrlə dənizdən çıxıb sahildə gəzən canlıları görüblər.
Bütün şahid ifadələri əsasında dənizdən çıxan canlılardan birinin foto-robotunu təsvir etmək mümkün olur: Boyu təxminən 165 santimetr, sıx bədən quruluşlu, qabarıq daraqlı qarın, ayaqları dalğıclara çox bənzəyir, aralarında membranlar olan dörd barmaq, solğun dəri, başında kobud tünd yaşıl tüklər. Qısa qollar adi insandan bir qədər qalındır. Donqar burun delfin dimdiyinə çevrilir. Qulaqları görünmür, dəyirmi iri gözlər, üst çənəsi çıxan böyük ağız. Çənə yoxdur. Aşağı dodaq gözə görünmədən boyuna keçir.
Foto-robotu incəlmək üçün Sovetlər Birliyinə daxil olan ölkələrin alimləri dərhal Moskvaya dəvət edilir. Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi laboratoriyasında keçirilən görüşdə alimlərin fikri belə olur:
“Təqdim edilən foto-robot folklor və qədim kitablarda, nağıllarda və əfsanələrdə qeyd edilən su pərisi cinsinə aid canlılar deyillər”.
Onların fikrincə, Xəzər dənizinin dibində qədim yadplanetli sivilizasiya formalaşıb, onun nümayəndələri ilə İran və Azərbaycan, eləcə də Türkmənistan sakinlərinin Çelekən bölgəsində görüşü olub.
2021-ci ildə Dağıstanda adı çəkilməyən bir şəxs video müsahibəsində bildirib ki, o, Xəzər dənizinin dərinliklərini tədqiq edən məxfi missiyanın iştirakçısı olub. O və həmkarları Xəzərin dibində yadplanetlilərin baza-şəhərini müəyyən ediblər. Həmin şəxsin sözlərinə görə, məxfi komanda müasir sualtı aparatlardan istifadə edərək 300 metr dərinliyə enib. Orada onlar bir sıra anomaliyarla üzləşiblər. Dənizin dibində qəribə alovlar, səs və hərəkətlər müşahidə ediblər. O iddia edib ki, komanda həmçinin piramidaları, qüllələri və günbəzləri xatırladan bir sıra süni tikililər tapıb. Bütün bunlar naməlum materialdan hazırlanmışdı. Qrup təxmin edib ki, bu strukturlar yerdənkənar sivilizasiya nümayəndələrinin mövcudluğunu təmin etmək üçün qurulmuş mürəkəb tünellərin, kameraların və tiklililərin bir hissəsidir.
Beynəlxalq İnformatika Akademiyasının Ufologiya və bioenergetika şöbəsinin rəhbəri, professor Vladimir Ajaja da yadplanetlilərin Xəzər üzərində uçuşlarını təsdiq edir. Ajaja Xəzərdə yadplanetlilərin 3 bazasının mövcud olduğunu deyib:
– Bir baza Abşeron yarmadasının şimalında yerləşir. Həmçinin Xəzərin cənubunda dərinsulu hövzədə və şimalda dayaz yerdə gəlmələrin bazasının olmasına dair şahid ifadələri var. Rusiyada Anomal təzahürlər üzrə Komissiyanın məlumat bazasında müxtəlif hadisələr qeyd edilib: Bakı, Həştərxan, Türkmənistan limanları üzərində UNO uçuşları, Türkmənbaşı dəniz vağzalı ərazisində sudan UNO-nun çıxması, hərbi təyyarələrlə və katerlərlə “oyun oynamaq”, atəşə qarşı davamlı olduqlarını nümayişkaranə şəkildə gösrətmək…
Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məşhurdur. Son illər Xəzər bizim müasir dünyanı daha da sensasiyası və nadir diqqətəlayiq hadisəsi ilə – “Xəzər əjdahası” adlı varlığın mövcudduğu ilə – heyrətləndirdi. Nadir № 24 kvadratı, hansı ki, şərti olaraq yer sivilizasiyası ilə UNO – yad planet şüuru arasında görüş yeri olub. (Bu barədə geniş araşdırmamı burada oxuya və baxa bilərsiniz).
İranda suda-quruda yaşayan adam Runan şah adlanır və suların və çayların hökmdarı hesab olunur. “Dəniz ağası”nın uçurumdan çıxdığını görən balıqçılar iddia edirlər ki, dənizin digər sakinləri onun yaxınlaşdığını hiss edirlər. Canavar görünməzdən iki və ya üç dəqiqə əvvəl balıqlar, demək olar ki, quyruqlarının uclarında dayanaraq hərəkət edirlər və bu, onlar üçün tamamilə qeyri-təbii olmaqla, çətinliklə eşidilməz gurultu səsləri çıxarır. Runan şah isə onlara yüksək səsli gurultu ilə cavab verir…
Nə qədər ki sualtı irq var, o, insanlığa yad və əksər hallarda düşmən olaraq qalır.
Onlar 2019-cu ildə Bakıda Novxanı çimərliyində də üzə çıxıblar. Şahidlərin sözlərinə görə, Novxanı çimərliyində olan vətəndaşlar kiminsə suda boğulduğunu zənn ediblər. Lakin sonra məlum olub ki, sahildən 300-400 metr uzaqlıqda uzunluğu təxminən 4-5 metr olan varlıq yarım saat dənizdə müxtəlif istiqamətdə hərəkət etməyə başlayıb. Sonra bu qəribə varlığın insan olmadığını başa düşən vətəndaşlar vahiməyə düşüblər. Bu barədə Unikal-a hadisənin şahidləri məlumat veriblər.
Səməd Əli oğlu Cəfərov Moskvada tanınmış bioloqdur, Rusiya Elmlər Akademiyasının Biologiya Elmi-Tədqiqat İnstitutunda işləyir və dəniz heyvanlarının növləri üzrə ixtisaslaşmışdır. O yazır:
“Şahidlərin ifadələri ilə yanaşı, fotoşəkillər də var. Bəli, mən özüm gördüm! Demək olar ki, bütün uşaqlığım Lənkəranda keçib, qohumlarım indi də orada yaşayır. On beş yaşım olanda – və bu artıq körpəlik deyil! – əmimlə gecə balıq tutmağa çıxanda su pərisinə çox oxşayan bir şey gördüm. Başı insanı xatırladan məxluq balıq sürüsü arasında üzürdü. Mən heyrət etdim ki, oynaq sanki bu məxluqa tabe olub, əlinin dalğasına uyğun olaraq hərəkət istiqamətini itaətkarcasına dəyişir. Bizim qayıqla məxluqa qədər on metrə yaxın idi, bədirlənmiş Ay göydə asılmışdı və hər şey aydın görünürdü. Təəccüblə qışqırdım, məxluq daldı və bir daha görünmədi (Səməd Əli oğlu Cəfərovun müsahibəsinin tamını burada oxuya bilərsiniz)
Şəxsən araşdırmalarım və bu layihə ilə bağlı güclü informasiyalarım çoxdur. Onların kodları və Qobustanda məzarlıqları barədə araşdırmama uzun illərdir davam edirəm.
Qısa olaraq deyim ki, Xəzər dənizində xüsusi qüllələr və onların içində tədqiqat bazası, yaşamaq üçün sahələr, yüksək texnologiyalarla təchiz edilmiş onlarla uçan və üzən aparatlar var. Dənizin dibindəki iki düşərgədə yadplanetlilər yaşayır