Mbappe “Real Madrid” klubuna keçəcək

Fransanın PSJ futbol klubunun oyunçusu Kilian Mbappe azad agent kimi İspaniyanın “Real Madrid” klubuna keçəcək.

ONN media xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bu barədə Mbappe özü qərar verib və bunu PSJ rəhbərliyinə bildirib.