Yaponiyada son durum necədir?

Tokioya yağan güclü qar səbəbindən 120-yə yaxın insan təcili xəstəxanaya yerləşdirilib.

Təcili yardım xidmətini idarə edən Tokio Yanğından Mühafizə İdarəsinin məlumatına görə, xəsarət alanların əksəriyyəti yolların buz bağlaması səbəbindən yıxılma nəticəsində baş verib. Xəsarət alanların yaşı 4 ilə 92 arasında dəyişir.

Bundan əlavə, Saytama, Kanaqava, Yamanasi və Naqano prefekturalarında 2,4 min ev təsərrüfatı elektrik enerjisi təchizatından məhrum qalıb. Tokionun Haneda hava limanında güclü qar yağması səbəbindən 30-dan çox reys təxirə salınıb. Ekspres magistralların bəzi hissələri bağlanıb, elektrik qatarlarının hərəkət cədvəlində gecikmələr və növbələr var, qərb istiqamətində qatarlar 45 dəqiqədən çox yubanır.