ONN İnformasiya Agentliyi

Azərbaycanda 14 yaşlı oğlan qızılcadan öldü

Azərbaycanda 14 yaşlı oğlan qızılcadan öldü
09 Fevral 2024 - 11:55

Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib.

ONN media xəbər verir ki, Cəlilabad rayonunun Alar kənd sakini 2010-cu il təvəllüdlü Yusif Bəhruz oğlu İbayev qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, orada vəfat edib.

İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.

Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib.

Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png