Messiyə görə bu oyun ləğv olundu

Argentina və Nigeriya arasında yoldaşlıq görüşü ləğv olunub.

ONN media xəbər verir ki, bu barədə Hançjou İdman Komitəsi məlumat yayıb.

Matçın ləğv edilməsinin səbəbi isə Lionel Messi ilə bağlı olduğu bildirilib:

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu matçın ləğvi barədə qərar qəbul edilib”.

Qeyd edək ki, Messi özünü yaxşı hiss etmədiyi üçün “İnter-Mayami”nin heyətində Honkonqda yerli milli komandaya qarşı yoldaşlıq görüşündə meydana çıxa bilməmişdi. Bu da azarkeşlərin kütləvi etirazına səbəb olmuşdu.

Argentina və Nigeriya qarşılaşması isə mart ayında Çində keçirilməli idi.