ONN İnformasiya Agentliyi

Hərbi vəzifəlilərin növbəti toplanışı başladı

Hərbi vəzifəlilərin növbəti toplanışı başladı
12 Fevral 2024 - 10:53

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Bu barədə ONN media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png