ONN İnformasiya Agentliyi

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
15 Fevral 2024 - 12:19

Fevral ayı mürəkkəb sinoptik şəraitlə fərqlənir. Qlobal iqlim dəyişmələrinin təsiri ilə bu ayda atmosfer prossesləri daha dinamik xarakterli olur.

ONN media-ya xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, qısa zamanda həm isti, həm də soyuq dövr üçün xarakterik olan hava şəraiti formalaşır:

“Fevral ayının ilk ongünlüyündə ölkəyə daxil olan cənub istiqamətli axınların təsiri nəticəsində ölkə ərazisində qış fəslinə xas olmayan mülayim, yağmursuz və isti hava şəraiti müşahidə olunsa da, fevralın 15-dən şimaldan daxil olan soyuq hava kütlələrinın təsiri ilə havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, arabir küləkli, fasilələrlə yağıntılı olacağı gözlənilir”.

Sinoptikin sözlərinə görə, fevralın 15-dən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib. Artıq Naxçıvan MR-də, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 18-dək davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png