ONN İnformasiya Agentliyi

DYP hərəkət iştirakçılarına müraciət etdi

DYP hərəkət iştirakçılarına müraciət etdi
17 Fevral 2024 - 17:36

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

ONN media müraciətin mətnini təqdim edir:

“Əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, xüsusilə gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, avtomobillərinin texniki sazlığından əmin olmağı, mövsümə uyğun təchiz edilməyən, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlardan daha diqqətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə həftə sonu Abşeron yarımadasında yağışın sulu qarla qarışıq, ölkənin dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png