ONN İnformasiya Agentliyi

Əlikram övladının vəfatı ilə bağlı nələri açıqladı?

Əlikram övladının vəfatı ilə bağlı nələri açıqladı?
19 Fevral 2024 - 9:43

1998-ci ildə oğlan övladım doğulandan sonra dünyasını dəyişdi. Mən isə o ərəfədə Rusiyada idim. Ora toya pul qazanmaq üçün getmişdim. And içmişdim ki, qazandığım pula özümə avtomobil alacam. Əslində isə ailəmi yaxşı dolandırmaq üçün Rusiyaya getmişdim. O zamanlar heç mən tanınmırdım. Biz kənddə yaşayırdıq. Bu, mənim ikinci övladım idi. Birinci oğlum Qalibdir”.

ONN media xəbər verir ki, bu sözləri Əlikram Bayramov qonaq olduğu “7 tamam” verilişində danışıb.

26 il əvvəl övladını itirən sənətçi yaşadığı həmin anları danışaraq, bu itkiyə görə, hələ də peşmançılıq çəkdiyini bildirib:

“Ölən körpə övladımı görə bilmədim. Rusiyadan Vətənə geri dönəndə artıq qardaşımla bacım uşağı dəfn etmişdilər. İllər keçməsinə baxmayaraq bu hadisədən sonra özümü bağışlaya bilmirəm. Bu hadisədən sonra övladım olmadı. Allah sanki məni cəzalandırdı. Əslində günah iş görməmişdim. Əgər mən xanımım Tünzalənin yanında qalsaydım, heç yerə getməsəydim, bəlkə də bu hadisə olmayacaqdı. Xanımım anam və qardaşımla qaldı.

Anam yaşlı qadın idi. Həyat yoldaşım evdə tək qalmışdı. Qardaşım da qonşuda olub. Xəstəxanaya gec çatdırıldığına görə, körpəmizi itirdik. Sonra oğlum Qalibi universitetə daxil olan kimi evləndirdim. İndi onun dörd uşağı mənim isə dörd nəvəm var

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png