ONN İnformasiya Agentliyi

Xalq artisti Almaniyada vəfat etdi – Foto

Xalq artisti Almaniyada vəfat etdi – Foto
20 Fevral 2024 - 12:12

Azərbaycan və Tacikistan SSR-in xalq artisti, müğənni, bəstəkar Leyla Şərifova vəfat edib.

ONN media xəbər verir ki, bu barədə tacik jurnalisti Odil Nozir məlumat yayıb.Xalq artisti 94 yaşında Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, L.Şərifova 1931-ci il iyunun 22-də Bakıda anadan olub. O, 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayırdı.

L.Şərifovanın repertuarında türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub.Şərifova eyni zamanda bəstəkar və nəğməkar şair da olub, 10 mahnının sözlərini yazıb. “Qara gözlər” və “Badam çiçəyi” adlı mahnıların müəllifidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png