Bakıda məsciddə yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 300 kvadratmetr olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 kvadratmetr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.