ONN İnformasiya Agentliyi

Təbrizdə Ana Dili Günü ilə bağlı çağırış edildi

Təbrizdə Ana Dili Günü ilə bağlı çağırış edildi
21 Fevral 2024 - 10:01

21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı türkcə xəbər və yazılar paylaşaq.

ONN media xəbər verir ki, bu təkliflə Təbrizin “Azərəncümən” nəşri çıxış edib.

Nəşrin bu çağırışı oxucular və internet istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycanlı sosial media istifadəçiləri bunun davamlı olmasını istəyiblər.

Qeyd edək ki, bir neçə gündür Güney Azərbaycan şəhərlərində “Kimlik qalamız, ana dilimiz” adı altında mədəni aksiyalar keçirilir. Mədəni fəallar uşaqlara Azərbaycan dilində kitablar paylayır, ana dilində təhsilin vacibliyi barədə təbliğat aparırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png