“Kaan” ilk uçuşunu həyata keçirdi

Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.

ONN media xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.Bildirilib ki, uçuş uğurla başa çatıb.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.

Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.