DƏHŞƏTLİ OLAY- Azərbaycanlının güllələnmiş meyidi tapıldı

Polşada Azərbaycan vətəndaşının meyiti tapılıb

ONN media xəbər verir ki, bu barədə Polşada yaşayan həmyerlimiz Fərid Cəfərli məlumat verib.

O bildirib ki, şəxsiyyəti hələ də açıqlanmayan 39 yaşlı Azərbaycan vətəndaşı kirayə qaldığı otaqda başından güllələnib. İlkin rəyə əsasən şəxsin özünü öldürdüyü ehtimal edilir.

Hadisənin 2-ci Dünya müharibəsi silahı ilə törədildiyi qeyd edilir.

Hadisə ilə əlaqədar Polşanın hüquq-mühafizə orqanları araşdırma aparır.